Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

Hazırda oxunan: Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

633682

Rusiyanın Novosibirsk vilayətində naməlum şəxs ovçulara atəş açıb, nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Bizim.Media  xəbər verir ki, hadisə avqustun 28-də Moşkovo rayonundakı göllərin birində baş verib.

Hadisə barədə ovçulardan birinin qohumuna zəng etməsindən sonra məlum olub. Kişi onlara atəş açıldığını, bundan sonra avtomobildə gizləndiyini, iki qohumunun isə çöldə qaldığını bildirib.
 

Hadisə yerinə gələn xilasedicilər bir nəfərin meyitini aşkar ediblər. Ovçulardan biri ağır, digəri isə yüngül xəsarət alıb. Ağır yaralı meşədən təxliyə edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.


Xilasedicilər bütün gecəni hadisə yerində qalıblar, şənbə günü səhərə yaxın oraya polisin əlavə qüvvələri gəlib.

Hadisənin başvermə səbəbi araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO