Yol Polisindən sürücülərə MÜRACİƏT

Yol Polisindən sürücülərə MÜRACİƏT

Hazırda oxunan: Yol Polisindən sürücülərə MÜRACİƏT

633634

Həftəsonu ilə əlaqədar yollarda hərəkət intensivliyinin artması, eyni zamanda bəzi ərazilərdə müşahidə olunan yağışlı və küləkli hava şəraiti sürücülərdən daha diqqətli və məsuliyyətli olmağı tələb edir.

Baş Dövlət Yol Polisi İdarəsindən Bizim.Media-ya bildirilib ki, hərəkət iştirakçılarına hava və yol şəraitini düzgün qiymətləndirmək, sürət həddini mövcud şəraitə uyğun seçmək, ara məsafəsini artırmaq, kəskin manevr və ani tormozlamadan çəkinmək tövsiyə edilir:

"Xüsusilə yağış zamanı yol örtüyünün sürüşkən olması və görmə məsafəsinin azalması nəzərə alınmalı, küləkli havada isə nəqliyyat vasitəsinin idarəetmədən çıxma ehtimalına qarşı ehtiyatlı davranılmalıdır.

Səfərə çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığına, xüsusilə şinlərin, işıq cihazlarının və şüşəsilənlərin vəziyyətinə diqqət yetirilməsi vacibdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO