3 yaşında taxta çıxan dünyanın ən gənc kralı öldü

3 yaşında taxta çıxan dünyanın ən gənc kralı öldü

Hazırda oxunan: 3 yaşında taxta çıxan dünyanın ən gənc kralı öldü

633659

Ginnesin Rekordlar Kitabına dünyanın ən gənc kralı dünyasını dəyişib Uqandanın qərbindəki ənənəvi Tooro Krallığının hökmdarı Oyo Nyimba Kabamba İquru Rukidi IV 34 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, Tooro Baş naziri Kalvin Armstronq Rvomiire Akiiki Kral Oyonun cümə axşamı günü vəfat etdiyini açıqlayıb. Ölümün rəsmi səbəbi açıqlanmasa da, Uqanda mediası hökumət rəsmisinə istinadən Oyonun bir müddətdir ağır xəstə olduğunu və ABŞ-da müalicə aldığını bildirib.

Baş nazir Akiiki, kral sülaləsinin yeni varisinin uyğun bir vaxtda elan ediləcəyini açıqlayıb. "Yeni şahzadənin şəxsiyyəti Tooro Krallığının ənənə və adətlərinə uyğun olaraq, müvafiq vaxtda rəsmi olaraq açıqlanacaq", - o qeyd edib.
 

Xatırladaq ki, Oyo atasının ölümündən sonra 1995-ci ildə 3 yaşında olanda Tooro taxtına çıxıb, lakin uşaq olduğuna görə hakimiyyəti kraliça ananın da daxil olduğu şura idarə edib. Oyo rəsmi olaraq 18 yaşına çatanda keçirilən tacqoyma mərasimində vəzifələrini icra etməyə başlayıb.


O, bununla da Ginnesin Rekordlar Kitabına dünyanın ən gənc kralı kimi düşüb. Oyo təxminən 31 il taxtda qalıb. 19-cu əsrin əvvəllərində qurulan Tooro Krallığının 13-cü monarxı olan Oyo iki milyondan çox insanın ənənəvi lideridir.

Uqanda seçilmiş prezident tərəfindən idarə olunsa da, ölkədə çoxsaylı ənənəvi monarxiyalar mövcuddur. Formal siyasi səlahiyyətə malik olmayan bu krallıqlar cəmiyyətə əhəmiyyətli mədəni və simvolik təsir göstərir. (Ölkə.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO