“WhatsApp”dan YENİ FUNKSİYA 

“WhatsApp”dan YENİ FUNKSİYA 

Hazırda oxunan: “WhatsApp”dan YENİ FUNKSİYA 
202417
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“WhatsApp” mesenceri istifadəçilərə yeni funksiyanı təqdim edib. 

Bizim.Media “WABetaInfo” portalına istinadən xəbər verir ki, messencerin tərtibatçıları istifadəçilərə vacib kontaktları və qrupları tez tapmağa kömək edəcək funksiyanı açıqlayıblar. 

Belə ki, istifadəçilər onlar üçün vacib söhbət və zəngləri yeni “Sevimlilər” bölməsinə əlavə etməklə kontakları daha tez tapa biləcəklər. 

Yenilik söhbət siyahısında və zənglər bölümündə görünəcək və mühüm kontaktları, qrupları işarələməyə imkan verəcək. 

İstifadəçilər söhbətləri sözügedən bölməyə əlavə etmək üçün “Sevimlilər” filtrini tətbiq etməli, istədikləri kontaktları və ya qrupları işarələməlidirlər. “Zənglər” bölməsində isə sadəcə olaraq “Sevimlilərə əlavə et” düyməsini basaraq müvafiq kontaktları və ya qrupları əlavə edə bilərlər. 
Onu da bildirək ki, funksiya daha əvvəl elan olunsa da, əlçatan deyildi. Yenilik bəzi istifadəçilər üçün hazırda əlçatandır və yaxın günlərdə daha çox insana təqdim ediləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO