Qazaxıstanda məmurlar kazinoda oynaya bilməyəcəklər - QADAĞA QOYULDU

Qazaxıstanda məmurlar kazinoda oynaya bilməyəcəklər - QADAĞA QOYULDU

Hazırda oxunan: Qazaxıstanda məmurlar kazinoda oynaya bilməyəcəklər - QADAĞA QOYULDU
201021
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev məmurların kazinolarda oynamasını qadağan edən və bukmeker kontorlarının reklamını məhdudlaşdıran qanuna imza atıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya "orda.kz" saytında yerləşdirilib.

Mənbə yazır ki, qanun əhali arasında qumar oyunlarına aludəçiliyi azaltmağa yönəlib. Qanuna əsasən qumarxanada görünən məmurlar, hərbçilər və polislər işdən çıxarılacaq.
Turizm və İdman Nazirliyinə isə qumar müəssisələri, bukmeker kontorları və lotereyalar üçün standart fəaliyyət qaydaları hazırlamaq tapşırığı verilib.

Qanun bukmeker kontorlarının reklamını da məhdudlaşdırır. İndi bukmeker kontorları açıq havada, nəqliyyat vasitələrində, kütləvi informasiya vasitələrində, kinoteatrda, video və elan xidmətlərində reklam edilə bilməz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO