Serj Sarkisyan Rusiyada 18 nəfəri öldürmüş canini əfv edəcək

Serj Sarkisyan Rusiyada 18 nəfəri öldürmüş canini əfv edəcək

Hazırda oxunan: Serj Sarkisyan Rusiyada 18 nəfəri öldürmüş canini əfv edəcək
188852
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Ermənistan prezidenti amnistiya fərmanı ilə Rusiyada 18 nəfərin ölümü ilə nəticələnmiş avtomobil qəzasını törətmiş Qraç Arutunyanı əfv etmək niyyətindədir.

"İnterfaks" xəbər verir ki, bu barədə hazırda həbs cəzası çəkən Arutunyanın yaxınları bildiriblər. Onların sözlərinə görə, Arutunyan ilin sonunda azadlığa çıxacaq.

"Komissiyada mənə bildirdilər ki, Arutunyan dekabrın sonunda əfv ediləcək", - deyə müttəhimin qaynatası Viktor Martirosyan bildirib.

Bundan əvvəl isə Arutunyan əfv edilməsi üçün prezident Serj Sarkisyana müraciət edib. Xatırladaq ki, o, idarə etdiyi "KamAZ" markalı avtomobillə 2013-cü ildə Rusiyanın Podolsk şəhərinin yaxınlığında ağır qəza törədib. Hadisə nəticəsində 18 nəfər ölüb, 60-dan çox insan müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Arutunyan bu cinayətinə görə 2014-cü ildə Rusiya Məhkəməsinin qərarı ilə 6 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. O, 2017-ci ilin iyul ayının sonlarında cəzasının qalan hissəsini çəkmək üçün Ermənistana ekstradisiya edilib. Avqustun 18-də Yerevan Məhkəməsi Arutunyanın işi ilə bağlı hökmü qüvvədə saxlayıb.

Lakin Ermənistan rəhbərliyi ağır cinayət törətmiş cinayətkarı ölkəyə ekstradisiya edildikdən sonra qısa müddətdə azadlığa buraxmaq niyyətindədir.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO