Yaponiyada 9 nəfər anomal istilərin qurbanı oldu

Yaponiyada 9 nəfər anomal istilərin qurbanı oldu

Hazırda oxunan: Yaponiyada 9 nəfər anomal istilərin qurbanı oldu

187373
Yaponiyada davam edən anomal isti hava 9 nəfərin həyatına son qoyub.

Moderator.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, təxminən 1900 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Onların əksəriyyətini 65 yaşdan yuxarı insanlar təşkil edir.

İsti hava şəraiti Yaponiyada iyunun sonundan hökm sürür. Ayrı-ayrı günlərdə havanın temperaturu müsbət 35 dərəcəni keçir.

Ölkədə hərarətin yüksək həddə çatacağı proqnozlaşdıran yerli meteoroloqlar bunu, əvvəlki kimi, Sakit okeanda formalaşan “El-Ninyo”x9d fenomeni ilə əlaqələndirirlər. “El-Ninyo”x9d iqlim fenomeni okean və atmosfer cərəyanlarının dövretmə sxemlərinə təsir göstərir. Bu isə öz növbəsində yer kürəsində havaya və iqlimə təsir edir, bəzi regionlarda quraqlıqlara, digərlərində isə güclü yağışlara səbəb olur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO