Stanford Universitetinin alimləri dünyanın ən hərəkətli, aktiv, eyni zamanda tənbəl insanların yaşadığı ölkələri müəyyən ediblər. Mütəxəssis qrupu texniki avadanlıqların köməyi ilə dünyanın dörd bir tərəfindən aldıqları 68 milyon bildirişi analiz etməklə bu nəticəyə gəliblər.xa0
“Ağıllı telefonlar”x9ddakı Argus Fitness proqramının köməyi ilə insanların gün ərzində neçə kilometr hərəkət etdiklərini və nə qədər addım atdıqlarını bilirlər. Proqram artıq dünyada bir çox insanın həyat tərzinə çevrilib. Elə onun vasitəsilə də dünyada ən hərəkətli insanların yaşadığı ölkələri müəyyən etmək mümkün olub:xa0
Beləliklə, Moderator.az dünyanın ən zəhmətkeş və ən tənbəl ölkələrini təqdim edir:
Dünyanın ən hərəkətli ölkəsi Honk-Konqdur. Burada hər insan gün ərzində orta hesabla 6880 addım atır.xa0
İkinci yerdə isə Çin xa0gəlir. Aktiv həyat tərzi keçirən çinlilər gün ərzində kifayət qədər hərəkət etmələri ilə seçilir. Üçüncü pillənin sahibi olan İsveç eyni zamanda, Avropanın xa0bu siyahıdakı lideridir. Skandinaviya ölkəsi ilk beşlikdəki digər iki ölkəni ”“ Cənubi Koreya və Çexiyanı da qabaqlayır.xa0
Ən tənbəl ölkə isə Səudiyyə Ərəbistanı olub. Yaşam şəraitləri kifayət qədər normal olan ərəblər deyəsən, yeriməyə o qədər də maraqlı deyillər. Bir ərəb gün ərzində orta hesabla cəmi 3800 addım atır. Bu isə dünya üzrə ən pis göstəricidir. Ən tənbəl ikinci ölkə isə İndoneziya seçilib. Asiyalılar gün ərzində oturaq işə ən çox can atan ölkə kimi xarakterizə edilib. Avropanın ən tənbəl ölkəsi isə Böyük Britaniya seçilib.xa0
Hazırladı: Elmin Nuri





































































































