Hollivud ulduzu Coni Depp ABŞ-ın prezidenti Donald Trampdan üzr istəyib.xa0
“Qafqazinfo”x9d xəbər verir ki, aktyor “sui-qəsd”x9dzarafatından peşman olduğu üçün belə bir addım atıb.xa0
“Ötən gün prezidentlə bağlı etdiyim bayağı zarafata görə üzr istəyirəm. İstədiyim kimi olmadı, mən pis niyyətlə bir söz demək istəmədim. Təkcə mətbuat üzvlərini əyləndirməyə çalışmışam, kimisə incitmək istəməzdim”x9d ”“ deyə Depp qeyd edib.xa0
Xatırladaq ki, Hollivud ulduzu jurnalistlərin suallarını cavablandırarkən Trampa söz atmışdı. O, “Sonuncu dəfə bir aktyor dövlət başçısına sui-qəsd təşkil edib? Mən edəcəm”x9d- söyləyərək zarafat etmişdi.xa0
Ağ Evin mətbuat xidməti isə bu hadisəyə görə təssüfləndiklərini qeyd etmişdi.xa0



































































































