Bir sıra müsəlman ölkələrinin əleyhinə kəşfiyyat xidməti aparmış əfsanəvi İsrail kəşfiyyatçısı Şula Kişik-Koen 100 yaşında vəfat edib.xa0
Moderator.az bu haqda İsrail mediasına istinadla xəbər verir. Argentinada doğulmuş bu qadın uşaqlıqda valideynləri ilə birgə Qüdsə köçür. Ərə getdikdən sonra o, “Mossad”x9d agenti kimi Beyruta köçür və oradan İsrailin müstəqilliyi uğrunda müharibə zamanı dövlət üçün vacib informasiyalarrı ötürməyə başlayır. Müharibə bitdikdən sonra da Şula xidmətini davam etdirir. O, yalnız Livandan deyil, Suriyadan da kəşfiyyat informasiyaları ötürür. 1961-ci ildə Livan təhlükəsizlik xidməti tərəfindən ifşa olunan Kişik-Koen ağır işgəncələrə məruz qalır. 7 il həbsdə qaldıqdan sonra 1968-ci ildə xa0İsraillə ərəb ölkələri arasındakı xa0məşhur 6 Günlük müharibənin əsirlərinin dəyişdirilməsi zamanı İsrailə təhvil verilir.
Sultan Laçın




































































































