Fransanın simvolu Eyfel qülləsi bu gün turistlərin üzünə bağlı olub.
Bu barədə RİA Novosti məlumat yayıb.
Səbəb Eyfel qülləsində xidmət göstərən işçi personalın tətil elan etməsi ilə bağlıdır.
Qüllənin operator-şirkəti SETE yaydığı məlumatda şəhər sakinlərinə və qonaqlara üzürxahlıq edib.
Məlumata görə, qüllənin işçiləri əmək haqqının azlığından narazı olduqları üçün tətil elan ediblər.(trend)


































































































