Vilnus Dairə Məhkəməsi SSRİ-nin eks-prezidenti Mixail Qorbaçovu 1991-ci ilin yanvarında Vilnüs telemərkəzinə hücum işi ilə bağlı şahid kimi dindirmək istəyir.
xa0
Bu barədə informasiyanı “İnterfaks”x9d agentliyi yayıb.
xa0
Qeyd edək ki, Litva Baş Prokurorluğu 1991-ci ildə baş verən Vilnüs hadisələri ilə bağlı cinayət işi qaldırılıb. Rəsmi Vilnüs SSRİ-nin keçmiş Müdafiə naziri Dmitri Yazovu 160 nəfər hərbçi və siyasi xadimlə birgə Litvanı SSRİ-nin tərkibinə qaytarmaq üçün qrup yaratmaqda günahlandırıb.
xa0
SSRİ-nin Alfa qrupu və Hərbi Desant Qüvvələri Vilnüsə 1991-ci ilin yanvarında endirilib. Nəticədə yerli əhali ilə toqquşma nəticəsində 15 nəfər ölüb, 140-dan çox insan yaralanıb. Bunlardan 13 nəfəri telemərkəzə hücum zaman həlak olub.(Axar.az)




































































































