Bu səhər Ermənistandakı 102 saylı Rusiya bazasından özbaşına qaçmış rus əsgər Ermənistan-Türkiyə sərhədi yaxınlığında yaxalanıb.
Moderator.az bu haqda erməni mediasına istinadla xəbər verir. Rusiya hərbçisini sərhədyanı Voskeask
kəndinin sakini Gevorg Serobyan görüb. O, bu barədə “Aravot”x9d(“Səhər”x9d) qəzeti əməkdaşına danışıb. Kəndli əsgəri saxlayıb haraya getdiyini soruşub. Onun 1996-cı il təvəllüdlü əsgər Sergey Şilov olduğu məlum olub. “İki ildir ki, Gümrüdəki bazada xidmət edirəm. Artıq yorulmuşam. Burada qalmaqdansa, Türkiyəyə getməyi üstün tuturam”x9d-deyə əsgər bildirib. Əsgər silahlı olmayıb, üzərində yalnız saat, kompas və çanta olub.
Erməni kəndli dərhal Rusiya bazası rəhbərliyinə məlumat çatdırıb. Nəticədə əsgər Segey Şilov sərhəd pozuçusu kimi Ermənistan sərhədini qoruyan Rusiya Federal Təhlükəsizlik Xidmətinin qoşunlarına təhvil verilib.
Sultan Laçın



































































































