Uşağını dünyaya gətirdikdən sonra onu stansiyalardan birində çuxura atan ana saxlanıb.
Hadisə Rusiyanın İrkutsk vilayətində baş verib.
Rusiyanın nəqliyyat üzrə Şərqi Sibir istintaq idarəsinin verdiyi məlumat görə, uşağın anası Anqarskdan olan 29 yaşlı qadındır.xa0
"İstintaqın versiyasına görə, qadın uşağı natəmiz tualetdə dünyaya gətirib və doğuşdan dərhal sonra onu stansiyada çuxura atıb. Uşağın həyatının təhlükə altında olmasına baxmayaraq ana onu burada qoyub və hadisə yerindən uzaqlaşıb", - deyə idarənin mətbuat xidmətindən bildiriblər.xa0
Atılmış körpə Qorka dəmir yolu stansiyasında işçilər tərəfindən tapılıb. Onu dərhal uşaq klinik xəstəxanasına gətiriblər və orada ona lazımi tibbi yardım göstərilib. xa0
Rusiya Federasiyasının Cinayət Məcəlləsi üzrə (yeni doğulmuş uşağa qarşı sui-qəsd) qadına cinayət işi açılıb. Hazırda istintaq ana və yeni doğulmuş körpə ilə bağlı tibbi və genetik ekspertiza işləri aparır. Hadisənin şahidləri, dəmir yolu işçiləri və şübhəli ananın qohumları hazırda dindirilir. xa0(ANSxa0)


































































































