İspaniyada iki təyyarə qəzaya uğradı - 4 ölü var

İspaniyada iki təyyarə qəzaya uğradı - 4 ölü var

Hazırda oxunan: İspaniyada iki təyyarə qəzaya uğradı - 4 ölü var
133626
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İspaniyanın Kataloniya vilayətində iki yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində azı 4 nəfər ölüb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə regional yanğınsöndürmə xidmətinin press-relizində deyilir.

Məlumata görə, hadisə Barselona yaxınlığındakı Moya yaşayış məntəqəsi yaxınlığında baş verib. Hadisə şahidi yüngül təyyarənin hündürlükdən enərək aerodrom yaxınlığındakı meşəlik ərazidə qəzaya uğradığını gördükdən sonra təcili yardım çağırıb.
Qəza nəticəsində təyyarə yanıb və alov bitki örtüyünə keçib. Yanğın söndürülüb.

Tezliklə qəzaya uğrayan ikinci yüngül mühərrikli təyyarə aşkar edilib. O, birincidən təxminən 300 metr aralıda olub.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO