Obama Hillari Klintonla bağlı təhqiqatın obyektiv aparılacağına zəmanət verib

Obama Hillari Klintonla bağlı təhqiqatın obyektiv aparılacağına zəmanət verib

Hazırda oxunan: Obama Hillari Klintonla bağlı təhqiqatın obyektiv aparılacağına zəmanət verib

131308
ABŞ prezidenti Barak Obama sabiq dövlət katibi Hillari Klintonun şəxsi poçtundan xidməti məqsədlərlə istifadə etməsi barədə təhqiqata siyasi təsir amili olmayacağına zəmanət verib.
 
B. Obama bunu “Fox News”x9d telekanalına müsahibəsində bildirib.
 
ABŞ prezidenti deyib ki, Ədliyyə Nazirliyi  və Federal Təhqiqat Bürosunun apardığı istintaqda siyasi təsir amili olmayacağına birmənalı zəmanət verir: “Heç Kim qanundan yuxarı deyil. Mən bunu neçə dəfə təkrarlamalıyam?”x9d.
 
H. Klintonun elektron məktubları ətrafında qalmaqal keçən ilin martında Amerika dövlət müəssisələrinə fasiləsiz kiber-hücumlar fonunda ortaya çıxıb.  Sabiq dövlət katibinin xidməti məqsədlər üçün şəxsi elektron poçtundan istifadə etdiyi üzə çıxıb. Respublikaçılar sabiq dövlət katibini daxili təhlükəsizlik qaydalarını ciddi pozmaqda ittiham edirlər.  H Klinton da şəxsi elektron poçtundan istifadə etməsinin yanlış olduğunu etiraf edib, ancaq şəxsi elektron poçtundan məxfi xidməti məlumatlar göndərmədiyini bildirib.
 
Qeyd edək ki, H. Klinton demokratların prezidentliyə əsas namizədidir. Respublikaçılar hələ də seçkiqabağı sabiq dövlət katibinə maksimum siyasi zərbə vurmaq bu məsələdən istifadə etməyə çalışırlar.(apa)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO