PKK-nın qanlı “11 Sentyabr”x9d planı deşifrə oldu...

PKK-nın qanlı “11 Sentyabr”x9d planı deşifrə oldu...

Hazırda oxunan: PKK-nın qanlı “11 Sentyabr”x9d planı deşifrə oldu...

127620
Türkiyənin kəşfiyyat orqanları Marksist-leninist Kommunist Partiyası (MLKP - red.) ilə PKK-nın yeni terror planını deşifrə edib.
xa0
MLKP üzvləri Həvva Çustan, Əli Heydar Kələş və Əmrah Ərdoğanın, PKK-dan isə Taner Yaşılbaş, Məhməd Ərbəy və “Avinar”x9d kod adlı Aysel Özlünün əməliyyatlarda ölən terrorçuların intiqamını almaq üçün kamikadze hücumu törətməyi planlaşdırıblar.
xa0
Digər tərəfdən PKK-nın 13 terrorçuya İraq pasportu hazırladığı və onlardan yeddisinin Türkiyəyə keçdiyi bəlli olub. 6 terrorçunun isə 28-29 martda Türkiyəyə gedəcəyi üzə çıxıb.
xa0
Bundan əlavə, PKK-nın təyyarə qaçıracağı və ABŞ-da törədilmiş 11 Sentyabr hücumunun oxşarını təşkil edəcəyi iddia olunub. Artıq terrorçuların Van-İstanbul reysi ilə uçan təyyarəni qaçırmaq istədikləri kəşfiyyat orqanları tərəfindən üzə çıxarılıb və başda Van olmaqla, bütün hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib.(Axar.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO