"İncirlik" hərbi bazası maksimal döyüş hazırlığı vəziyyətinə gətirildi

Hazırda oxunan: "İncirlik" hərbi bazası maksimal döyüş hazırlığı vəziyyətinə gətirildi

127170
Türkiyənin cənubundakı «İncirlik» hərbi bazası «delta» maksimal döyüş hazırlığı vəziyyətinə gətirildi. 
«Hürriyət» qəzetinin məlumatına əsasən xəbər verir ki, bu məlumatı hərbi mənbələr təsdiq edib.

Hazırda sözügedən hərbi bazada İŞİD terrorçularına qarşı ABŞ-ın başçılığı altında koalisiya qüvvələrinin tərkibində hava əməliyyatlarında iştirak edən ABŞ, Böyük Britaniya, Almaniya, Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələrin hərbi təyyarələri var.

Qəzetin verdiyi xəbərə əsasən, maksimal döyüş hazırlığı daxil olmuş kəşfiyyat məlumatlarına görə elan olunub. Aviabazada şəxsi heyət üçün istirahət günləri təxirə salınıb.(
Virtualaz.org )
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO