Çin 13-cü beşillik planı qəbul edib

Çin 13-cü beşillik planı qəbul edib

Hazırda oxunan: Çin 13-cü beşillik planı qəbul edib

127013
Ümumçin xalq nümayəndələri toplantısı (ÜXNT, ölkənin ən ali qanunverici orqanı) 12-ci çağırışın dördüncü sessiyasının bağlanış mərasimində 13-cü beşillik planı qəbul edib. Moderator.az “tass”x9d-a istinadən xəbər verir ki, sənəddə Çin Xalq Respublikasının 2016-2020-ci illər üçün sosial-iqtisadi inkişafının əsas istiqamətləri və hədəf göstəriciləri əksini tapıb.

Dördüncü sessiyanın bağlanış mərasimində iştirak edən 2859 nəfərin 2778-i qanunnamənin lehinə səs verib. Təklif edilən beşillik planın əleyhinə 53 nəfər səs verib və 25 nəfər bitərəf qalıb.
13-cü beşillik plan müddəti ərzində hökumət Ümumi Daxili Məhsulun (ÜDM) ən azı 6,5% orta illik artımını proqnozlaşdırır. Belə ki, yeni beşillik planın sonuna kimi Çinin Ümumi Daxili Məhsulu (ÜDM) təxminən 90 trilyon Yuana (13,8 trilyon ABŞ dolları) çatacaq.

Ramil Həsənli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO