Əsəd rejimi hərbçilərin çatışmazlığından dolayı ictimai qurumlarda çalışan məmurları da orduya cəlb edir.
xa0
Bu barədə Suriya mətbuatı məlumat yayıb.
Məlumata görə, 2015-ci ilin iyul ayında Bəşər Əsədin əsgər çatışmazlığı ilə bağlı açıqlamasından sonra rejim orduya insanları cəlb etmək üçün müxtəlif vasitələrə əl atıb.
xa0
2016-cı ilin fevral ayında isə ölkənin baş qərargahının bölgələrdə dövlət məmurlarından ibarət tabor yaradılması ilə bağlı çağırış etdiyi bildirilib.
xa0
Qeyd edək ki, rejim sözügedən məmurlara hərbi təlimlər vermək üçün Xüms şəhərində Şamsin adlı hərbi düşərgə də yaradıb.
xa0
Həmin düşərgədə 600 məmurun təlim aldığı deyilir.
xa0
Digər məlumata görə, təlim görmüş məmurlar Hələb və Həma kimi iri şəhərlərdə gedən döyüşlərdə iştirak edir.(Axar.az)





































































































