Avropaya köç etmək istəyən daha 22 qaçqın dənizdə həyatını itirdi, 10-dan artıq nəfər isə itkin düşüb. Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin Balıkesir bölgəsində Edremit körfəzində Sahil mühafizə qüvvlərinə dənizdə qaçqınları daşıyan balıqçı gəmisinin batdığı barədə məlumat daxil olub. Sahil mühafizə qüvvələri həmən hərəkətə keçərək qaçıqnalrı qurtarmaq əməliyyatına başlayıb.
Sudan xilas olan qaçqının veridiyi məlumata görə, sahil mühafizəçilərinin səyi nəticəsində 4 nəfər sağ salamat qurtarılıb, 22 nəfərin isə meyiti sudan çıxarılıb. O deyib ki, balıqçı gəmisnində 40 nəfər qaçqın olub. Digərlərinin itkin düşdüyü bildirilir. Türkiyə sahil mühafizəçiləri dənizdə itkin düşən qaçqınların axtarışı istiqamətində səylərini davam etdirir.
verirem



































































































