120 hamilə qadın Türkiyəni partlatmağa hazırlaşır  ”“ ŞOK PLAN

120 hamilə qadın Türkiyəni partlatmağa hazırlaşır ”“ ŞOK PLAN

Hazırda oxunan: 120 hamilə qadın Türkiyəni partlatmağa hazırlaşır ”“ ŞOK PLAN

101681
PKK-nın Şimali İraqdakı Zap düşərgəsində əksəriyyəti qadınlar olan kamikadzelər yetişdirilir.
 
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK terror təşkilatının lideri Murad Karayılan təlim prosesinə şəxsən başçılıq edir.
 
“Zilan”x9d adlı “ölümsüzlər batalyonu”x9dnun təlim prosesində “Şahinkubani”x9d kod adlı suriyalı bir terrorçunun da yaxından iştirak etdiyi bildirilir. Türkiyənin Tunceli vilayətində 19 il əvvəl bədəninə bağladığı bombanı partladaraq 6 əsgəri şəhid edən və PKK-nın ilk kamikadze üzvü olan “Zilan”x9d kod adlı Zeynəb Xınaçının adını daşıyan “Zilan ölümsüzlər batalyonu”x9dnda terrorçulara psixoloji, siyasi və hərbi təhsil verilir.
 
Terror aktı törədəcək qadın kamikadzelər isə Türkiyə şəhərlərində hamilə qadın görüntüsü verməlidir.
 
Yaralı ələ keçirilən, yaxud da təslim olan PKK terrorçularının verdiyi məlumatlar da göstərir ki, terror təşkilatı xarici vətəndaşlardan şəhər mərkəzlərində yaxın vaxtlarda həyata keçiriləcək kamikadze hücumlarında istifadə edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO