Bakı Metropoliteni ”‹“Qarabağ“ın müraciətinə sabah cavab verəcək

Bakı Metropoliteni ”‹“Qarabağ“ın müraciətinə sabah cavab verəcək

Hazırda oxunan: Bakı Metropoliteni ”‹“Qarabağ“ın müraciətinə sabah cavab verəcək
98032
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Azarkeşlərin oyundan sonra metro ilə evlərinə qayıda bilmələri üçün metronun iş qrafikinin uzadılması xahiş olunub

Oktyabrın 1-də "Qarabağ" klubu futbol üzrə Avropa Liqasının qrup mərhələsinin II turunda Belçika "Anderlext"ini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 22:00-da start götürəcək.

Təbii ki, matçın bu saatda başlaması azarkeşlərin stadiona axınına təsir etməyə bilməz. Oyunun təxminən gecə saat 00:00 radələrində başa çatacağını nəzərə alsaq, stadiona toplaşan azarkeşlərin evə qayıtmaq məsələsi yenə də problemə dönəcək. Əsas ictimai nəqliyyat vasitəsinin metro olduğunu nəzərə alsaq, sözsüz ki, "Qarabağ" iş qrafikinin artırılması üçün "Bakı Metropoliteni" QSC-yə müraciət etməlidir. 

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Report"a açıqlamasında metronun iş qrafikinin uzadılması ilə bağlı "Qarabağ"dan məktub aldıqlarını bildirib. O deyib ki, müraciətə baxıldıqdan sonra sabah rəsmən cavablandırılacaq. 

Qeyd edək ki, sentyabrın 17-də "Qəbələ" ilə Yunanıstan PAOK-u arasında keçirilmiş qrup mərhələsinin ilk tur matçından sonra da analoji problem baş vermişdi. Yunanıstan PAOK-u ilə qarşılaşma saat 22:00-a təyin olunduğundan, azarkeşlərin metro ilə evə qayıtmaq şansları heçə enmişdi. "Report"un məsələ ilə bağlı yazısından sonra klub rəhbərliyi "Bakı Metropoliteni" QSC-yə müraciət edərək iş vaxtının artırılmasını xahiş etmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO