Yevlaxdakı Tekniki Baxış Şöbəsində vətəndaşları necə soyurlar?

Yevlaxdakı Tekniki Baxış Şöbəsində vətəndaşları necə soyurlar?

Hazırda oxunan: Yevlaxdakı Tekniki Baxış Şöbəsində vətəndaşları necə soyurlar?

95776
"Yevlax Rayonlar arası Qeydiyyat İmtahanxa0 və Texnixi Baxış Şöbəsinin dövlət avtomobil müfəttişi vəzifəsində işləyən polis kapitanı Yelmar Həsənovxa0 62 manat dövlət rüsumu olan avtomobilin öz adımdan başqa şəxsin adına qeydiyata aldırması üçün məndən 200 manat rüşvət alıb".

Bunu Moderator.az-a göndərdiyi şikayət məktubunda Ucar rayonu sakini, 20 Yanvar küçəsi, ev 20-də yaşayan Purqafari Azər Ələsgər oğlu yazır.

A.Purqafari deyir ki, polis kapitanının rüşvət almasını təsdiq edən video çəkliş də var: "Bunu şikayət ərizəmizixa0 araşdıracaq hüquq mühafizə orqanına təqdim edəcəyik".

xa0
A. Purqafari hadisənin təfərrüatlarını belə nəql edir: "Mənə məxsus olan "Mersedes BENZ"xa0 C 180 markalı 10 XD 872 dövlət nömrə nişanlı avtomobilimixa0 Ucar rayon sakini Xəlilov Hüseyn İslam oğluna satdım və onun adına qeydiyyata aldırmaq üçünxa0 15 sentyabr 2015-ci il tarixdə Yevlaxxa0 Rayonlar arası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinəxa0 gəldik.Orada 6 nömrəli otaqda əyləşən dövlət avtomobil müfəttişi polis kapitanı Yelmar Həsənov bizə bildirdi ki, avtomobiliniz Bankda girovdadır. "Bunun xərci çoxdur" deyib bizdənxa0 230 manat istədi .Pulumuzun azlığınıxa0 15 manat da yol pulu saxlamaq lazım olacağını dedikdən sonraxa0 Yelmar Həsənova 200 manatxa0 verdik. 200 manatı alıb bizə minnət də qoydu. Dedi ki,xa0 200 manata həm avtomobili qeydiyatın dəyişdim, həm də texniki baxış etdim. Həmçinin avtomobilin 50 manat cəriməsi olduğunuda deyib onu kassaya ödətdirdi.Bütün bu prossesləri video lentə aldıq ki, bu rüşvətxor vəzifəli şəxsin barəsində qanunu tədbir görsünlər.Çünki Yelmar Həsənov orada 6 nömrəli kabnetdə oturub bu minvalla camaatın cibini soyur.xa0 Hər gün küllü miqdarda pul qazanır.Yeddi rayonu əhatə edən Yevlax RQİ VƏ TBŞ-ə hər gün yüzlərlə insanlar gəlir vəxa0 beləcə əziyyət çəkirlər. Soyulurlar.Öyrənmişik ki, Yelmar Həsənovun 100.000 manatdan baha olan avtomobili, Yevlax rayonundaxa0 şadlıq evləri, ticarət mərkəzləri fəaliyyət göstərir. Ancaq hesablanarsa onun özünün gün ərzində 6 nömrəli kabinetdə qazandığı pulların miqdarı həmin obyektlərin qacancından qat-qat çoxdur.Bunu onun kabinetinin qarşısındakı növbəyə duranxa0 insanların sayı ilə hesablamaq kifayətdir. Biz bu korrupsiya cinayət faktı barədə Prezidentə, Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə , Daxili İşər Nazirliyinə və digər aidiyyatı orqanlara şikayət ərizələri ilə müraciət edəcəyik.xa0 Əlimizdə olan rüşvət almaxa0 görüntüləri olan video faktı həmin orqanlara təqdim edəcəyik".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO