Borrel Lyayeni sərt tənqid etdi: “Səlahiyyət həddini aşır”

Borrel Lyayeni sərt tənqid etdi: “Səlahiyyət həddini aşır”

Hazırda oxunan: Borrel Lyayeni sərt tənqid etdi: “Səlahiyyət həddini aşır”

622597

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə keçmiş ali nümayəndəsi Jozep Borrel Avrokomissiyanın (AK) rəhbəri Ursula fon der Lyayenin qurumun funksiyalarını genişləndirmək istəyini sərt tənqid edib.

Bizim.Media xəbər verir ki, bu barədə Borrel "Politico" nəşrinə verdiyi müsahibəsində bildirib.

Atdığı bu addımların birliyin xarici siyasətində "tam xaos"a səbəb olduğunu deyən Borrel Avrokomissiyanın səlahiyyət hədlərini aşdığını vurğulayıb:

"Avrokomissiya Avropa İttifaqı adından danışmır, o, yalnız özünü təmsil edir".

Borrel Avrokomissiyanın "həddini aşaraq" Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) funksiyalarını mənimsəməsinə konkret nümunə də göstərib.

O, Aralıq dənizi regionu üzrə avrokomissar Dubravka Şuytsanın reallaşdırdığı son səfəri bu cür səlahiyyət qəsbkarılığına misal kimi qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO