Avropanın üç ölkəsində ”“ Almaniya, Çexiya və İtaliyada aktiv fəaliyyət göstərən Azərbaycan Tələbə Şəbəkəsi (ASN) Avropada təhsil alan tələbələrimizə dəstək olmağa davam edir.
Təşkilat bu məqsədlə fərqli sahələr üzrə layihələr üçün təşəbbüs göstərməklə bərabər, tələbələrin təkliflərini də nəzərdən keçirir və uğurlu layihələrin icrasına müvafiq köməklik göstərir. Bu layihələrdən biri, “Xərçəng tədqiqatlarında ilkin addımlar”x9d adlı azərbaycanlı gənc həkim və bioloqların elmi tədqiqat mühitinə inteqrasiyasını təmin etmək və elmi tədqiqat işlərinin hissəvi maliyyələşməsi üçün Almaniya Azərbaycanlı Həkimlər Birliyi (VAND) tərəfindən başlanılan pilot layihədir.
Bu proqram xərçəng tədqiqatları ilə məşğul olmaq istəyən azərbaycanlı gənclərə başlanğıc dəstək verir. Proqramda iştirak edən gənc, 6 ay müddətində arzu etdiyi mövzu üzrə laboratoriyada praktiki biliklərə yiyələnmək, həyata keçirmək istədiyi elmi tədqiqat işlərinə uyğun eksperimentlər qoymaq və təcrübəli mütəxəssislərin köməyi ilə öz elmi tədqiqat planını hazırlamaq imkanı əldə edir. Tədqiqatın həyata keçirildiyi laboratoriyaya lazım olan bütün materialların alınması üçün tələb olunan maliyyə “Xərçəng Tədqiqatlarında İlkin Addımlar”x9d layihəsi tərəfindən təmin edilir.
Hal-hazırda elmi tədqiqatlar aşağıdakı üç istiqamət üzrə aparılır. Birinci xərçəng kök hüceyrələrinin kimyəvi dərmanlara qarşı rezistentlikdə rolu, ikinci İsveçin “Karolinska University Hospital”x9d ilə əməkdaşlıqda Gemsitabin yüklənmiş müasir nanohissəciklərin mədəaltı vəzi xərçənginin eksperimental modelində müalicəvi effektivliyinin tədqiqi və üçüncü cərrahi əməliyyatdan dərhal sonra yoğun bağırsaq xərçənginin ilkin hüceyrə kulturasının əsasında hər xəstə üçün individual xərçəng hüceyrə xəttiinin yaradılması.
Bu layihə hazırda Almaniyanın Mannheim Tətbiqi Elmlər Universiteti və Biotexnologiya İnstitutunun, eləcə də Heidelberg Universitetinin Mannheim Tibb Fakültəsinin müasir avadanlıqlarla təmin edilmiş və xərçəng tədqiqatları sahəsində uzun illərin təcrübəsinə malik kollektivi olan eksperimental laboratoriyalarında həyata keçirilir. ASN tərəfindən bildirilib ki, Azərbaycandan
olan 4 gənc həkimə (Valeh Rüstəmov, Hikmət Həbibov, Yeganə Hacıyeva və Uğur Ağamalıyev) tədqiqat aparmaq üçün belə bir imkan yaradılıb. Aprel ayında daha 3 nəfər gənc həkimimiz ilə Mannheimda görüş təşkil edilmişdir. Görüş əsnasında onlara da Almaniyada elmi layihələrini həyata keçirmək üçün şərait yaradılmasına razılıq verilmişdir. Onlardan bir nəfəri, Emilya Baxşıyeva artıq iyun ayında Almaniyaya gələrək elmi layihəsini hazırlamaq istiqamətində fəaliyyətə başlamışdır. İyul ayında doktorantura təhsili alan gənclərimizdən Uğur Ağamalıyevin ”žPancreatic Disorder and Therapy“ jurnalında ”žPancreatic Ductal Adenocarcinoma Stem Cells“ adlı elmi məqaləsi artıq çapa verilmişdir. Gələcəkdə ikitərəfli razılaşma əsasında digər elm mərkəzlərdə də layihələrin həyata keçirilməsi planlaşdırılır.
Gənclərimizin akademik fəaliyyətə marağını artırmaq və gənc həkimlərimizi bu layihəyə daha aktiv cəlb etmək üçün təşkilatçılar layihə çərçivəsində artıq Almaniyada fəaliyyət göstərən tələbələrimiz haqqında aşağıdakı video roliki hazırlayıb: //youtu.be/ibzMjT_TCmY







































































































