Abbaszadə sualları cavablandıracaq-  Abituriyentlərin nəzərinə

Abbaszadə sualları cavablandıracaq- Abituriyentlərin nəzərinə

Hazırda oxunan: Abbaszadə sualları cavablandıracaq- Abituriyentlərin nəzərinə

88220
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyası ilə əlaqədar iyulun 31-də abituriyentlər üçün videokonfrans keçirəcək. 


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində təşkil olunacaq konfrans saat 15:00-da başlanacaq.

Moderator.az-ın məlumatına görə, videokonfransda Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şirvan, Şamaxı, Şəki və Şərur şəhərlərində yaşayan abituriyentlər onlayn rejimdə iştirak edə bilərlər.

Bunun üçün konfrans keçirilən mərkəzlərə saat 14:00-da gələrək qeydiyyatdan keçmək tələb olunur. Konfransa qoşulmaq istəyən abituriyentlər Elektron Hökumət Təlim-Tədris Mərkəzinin qeyd olunan şəhərlərdə yerləşən ünvanlarına müraciət edə bilərlər.

Gəncə şəhəri: Əhməd Cəmil küçəsi, ev 1

Mingəçevir şəhəri: Vəli Hüseynov küçəsi, 4

Lənkəran şəhəri: Heydər Əliyev küçəsi, 1

Sumqayıt şəhəri: Heydər Əliyev prospekti, 4

Şəki şəhəri : M.Ə.Rəsulzadə küçəsi, 156 A

Şirvan şəhəri : M.Ə.Rəsulzadə küçəsi, 1

Şərur şəhəri: Heydər Əliyev prospekti, 37A

Qeyd edək ki, konfransda abituriyentlərə qəbul prosesi ilə bağlı bir çox vacib məlumat və tövsiyələr verilməklə yanaşı, onları maraqlandıran suallar da cavablandırılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO