Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) tələbələri Bakıda keçirilən I Avropa Oyunları boyunca könüllülər sırasında olublar. Eyni zamanda tədbirlətin təşkili üzrə nəzarətçi funksiyasını da yerinə yetiriblər. Nəzarətçilər könüllülərə nəzarət ediblər, bununla yanaşı, qrup işinin öyrənilməsi və motivasiya üzrə təlimlər keçiblər.
ADNA könüllüsü, Kimya texnologiya fakültəsinin (KTF) III kurs tələbəsi, fakültənin TGT sədri Kamran Sabirli iş prosesində 2 növbəni hər gün fəllıqla işlədiyinə görə seçilib. Belə ki, əslində iş növbəsi 1 olmaqla könüllülərə istirahət günləri də verilirdi. Kamran isə səhər saat 06-dan axsam 12:00-a kimi - 2 növbəli işləyib. Menecerləri ona “çox işləmə, yorulacaqsan, olmaz belə işləmək”x9d desələr də, Kamran fəallığını dayandırmayıb. Məsuliyyətini dərk edən tələbəmiz bir gənc kimi dövlətimiz üçün kiçik də olsa bir kömək etməkdən fəxr duyduğunu və bu baxımdan daha da həvəsləndiyini deyir:
“Artıq kollektivimiz də mənim iki növbəli işləməyimə və hər bir halda pozitiv olmağımı görməyə öyrəşmişdilər”x9d. Kamranın bu aktivliyi heç kimin diqqətindən yayınmayıb. Belə ki, göstərdiyi əməyə görə bu qədər könüllülər arasından məhz xüsusi olaraq Kamranın adına hazırlanmış NÖVBƏSİZ OLARAQ İŞLƏMƏYİNƏ GÖRƏ ƏN YAXŞI QRUP RƏHBƏRİ statusu verilib. Təqdimetməni həyata keçirən EVS Venue Manager BSH (Baku sports hol ) üzrə İsrafil Zeynalzadə BSH Venue General Manager Alexsandr Smogunovun imzası ilə hazırlanmış səbnədi Kamrana verərkən bu cür gənclərə çox ehtiyacın olduğunu vurğulayıb.


































































































