Erməni idmançıların Bakı təəssüratları
 - “Yüksək səviyyədə...”x9d

Erməni idmançıların Bakı təəssüratları - “Yüksək səviyyədə...”x9d

Hazırda oxunan: Erməni idmançıların Bakı təəssüratları - “Yüksək səviyyədə...”x9d

81173
“Azərbaycanın paytaxtında təhlükəsizlik yüksək səviyyədə təşkil edilib”x9d. 


Moderator.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə news.am-ın müxbirinə Birinci Avropa Oyunlarında çıxış edəcək Ermənistan yığmasının mətbuat katibi Karen Giloyan bildirib.  

“Ermənistan heyəti Qraçya Rostomyanın rəhbərliyi altında artıq Bakıdadır. Komandada 6 nəfər var. Mən Oyunların sonuna qədər Bakıda qalacam. Burada təhlükəsizlik yüksək səviyyədə təşkil edilib.

İdmançılarımızın valideynlərini və qohumlarını əmin etmək istəyirəm ki, təhlükəsizliklə bağlı problem çıxmayacaq. Bizimlə eyni binada tərkibində bir erməninin də olduğu İsveç yığması yerləşir.

Qonşuluqda isə Hollandiya, Finlandiya, Portuqaliya, İsveçrə, Türkiyə və Macarıstan yığmaları yerləşir. Hər şey yaxşıdır və narahatlığa səbəb yoxdur”x9d, - Karen Giloyan deyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO