Dəhşətli qəza: “BMW”x9d yolun kənarında dayanan 8 piyadanı vurdu

Dəhşətli qəza: “BMW”x9d yolun kənarında dayanan 8 piyadanı vurdu

Hazırda oxunan: Dəhşətli qəza: “BMW”x9d yolun kənarında dayanan 8 piyadanı vurdu

80622
Onlardan biri hadisə yerindəcə keçinib.

Füzuli rayonunda dəhşətli yol qəzası baş verib.

Moderator.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndinin 4 yol deyilən ərazisində qeydə alınıb. 

“BMW”x9d markalı maşın yolun kənarında dayanan 8 şəxsi vurub. Onlardan bir nəfəri hadisə yerindəcə keçinib. Digər 7 şəxs isə rayon xəstəxanasına yerləşdirilib, onların vəziyyəti ağır qiymətləndirilir. 

Vurulan şəxslərin hamısının eyni sinfi bitirmiş, 24-25 yaşlarında gənc oğlanlar olduğu deyilir. Onlar rayonun Araz Dilağarda kənd sakinləridir. 

Hələ ki, ölən və yaralanan şəxslərin şəxsiyyəti müəyyənləşməyib. Polis hadisə yerində araşdırma aparır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO