Prezidentin yüksək vəzifəyə təyin etdiyi Gündüz Kərimov kimdir? – DOSYE  

Hazırda oxunan: Prezidentin yüksək vəzifəyə təyin etdiyi Gündüz Kərimov kimdir? – DOSYE  

75395

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibini təsdiqləyib.  

Bizim.Media xəbər verir ki, sərəncamla publik hüquqi şəxsin Müşahidə Şurasının sədri vəzifəsinə Gündüz Hacı oğlu Kərimov təyin edilib.  

G.Kərimov 2017-ci ilin noyabrında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi təyin olunub.  
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Gündüz Kərimovu yeni quruma sədr təyin etdi


2019-cu ilin dekabrında isə G.Kərimov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilib.  

Məlumat üçün qeyd edək ki, Gündüz Hacı oğlu Kərimov 1977-ci ildə Qazax şəhərində anadan olub. 1994-cü ildə Göygöl şəhər 1 nömrəli orta məktəbini bitirib. 1994-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə daxil olub və 1998-ci ildə bakalavr təhsil pilləsini, 2000-ci ildə isə magistratura təhsil pilləsini fərlqlənmə diplomu ilə bitirib.  

1998-ci ildə MDB dövlətləri arasında Sankt-Peterburq şəhərində keçirilmiş “Beynəlxalq humanitar hüquq” üzrə müsabiqədə 2-ci yer qazanıb. 2002-ci ildə Amerika Birləşmiş Ştatlarının İndiana Universitetinin hüquq fakültəsinin magistraturasını bitirib.  

2003-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspirantı olub.

2008-ci ildə “Beynəlxalq xüsusi hüquqda sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi” mövzusunda hüquq üzrə fəlsəfı doktor alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.  

1998-1999-cu illərdə Aqrar-Sənaye Səhmdar Kommersiya Bankında baş hüquqşünas, 1999-2001-də Beynəlxalq Qırmızı Xaç Komitəsində hüquq məsələləri üzrə assistent işləyib.

2002 – 2011-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində müəllim, 2011 - 2014 - BDU-nun Hüquq fakültəsinin dekan müavini vəzifəsində çalışıb.  

2014-cü ildən indiyədək BDU-nun Dəniz və Enerji Hüququ Mərkəzinin rəhbəridir. Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının müəllimidir. Evlidir, iki övladı var.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO