Gənc xanım yazarın yeni kitabının təqdimatı keçirilib -  FOTO

Gənc xanım yazarın yeni kitabının təqdimatı keçirilib - FOTO

Hazırda oxunan: Gənc xanım yazarın yeni kitabının təqdimatı keçirilib - FOTO
75042
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Aprelin 11-i saat 11:00-da, Bakı Slavyan Universitetinin Rəhbərliyi tərəfindən DGTYB və "Gənc Ədiblər Məktəbi"nin üzvü, Bakı Slavyan Universitetinin "Ədəbi Yaradıcılıq" fakültəsinin dinləyicisi, gənc xanım yazar Günay Həsənlinin "Eşq Haqqı" yeni kitabının təqdimat mərasimi keçirilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Mətbuat xidmətinin rəhbəri, şairə, jurnalist Nəcibə İlkin, Gündəlik İnformasiya Agentliyinin Baş məsləhətçisi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, DGTYB üzvü, gənc xanım yazar Gülnarə İsrafilqızı, Gündəlik İnformasiya Agentliyinin Yönətim Kurulunun Fəxri üzvü və əməkdaşı, "Gənc Ədiblər Məktəbi"nin üzvü, gənc xanım yazar Ülkər Piriyeva, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun doktorantı, DGTYB və AYB üzvü, gənc xanım yazar Gülnar Səma, AYB və "Gənc Ədiblər Məktəbi"nin üzvü, gənc xanım yazar Sevinc Yunuslu, Bakı Slavyan Universitetinin "Ədəbi Yaradıcılıq" fakültəsinin tələbəsi, gənc xanım yazar Aliyə Əsədova, Bakı Slavyan Universitetinin tələbə və müəllim heyəti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubunun Direktoru, şair İbrahim İlyaslı, DGTYB Yönətim Kurulunun üzvü, Azərbaycan Tələbə Yazarlar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Gündəlik İnformasiya Agentliyinin Yönətim Kurulunun Fəxri üzvü, gənc yazar Emil Rasimoğlu, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, DGTYB üzvü,gənc yazar Vasif Zöhraboğlu, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fotoqrafları, DGTYB üzvləri, gənc yazarlar Nofəl Ümid və Sərvər Kamranlı, DGTYB və "Gənc Ədiblər Məktəbi"nin üzvü, gənc yazar İltimas Səmimi və digər qonaqlar iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, şairə Fərqanə Mehdiyeva ilk növbədə tədbir iştirakçılarını salamlayaraq, gənc xanım yazar Günay Həsənlinin yeni işıq üzü görmüş kitabı haqqında ürəkdolusu danışıb, yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyib.Tədbirin gedişatında iştirak edən qonaqlar gənc xanım yazar Günay Həsənlinin yeni işıq üzü görmüş kitabı haqqında öz duyğu və düşüncələrini bölüşüblər, uğurlarının bol olmasını diləyiblər.Düzənlənən tədbirin keçirilməsinin əsas səbəbkarı sevimli yazar Günay Həsənli öz növbəsində yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə, Bakı Slavyan Universitetinin Rəhbərliyinə müraciət edərək, təşəkkürünü bildirib, məmnunluq hissi duyduğunu bildirib.Yeni işıq üzü görmüş kitablarından tədbir iştirakçılarına imzalayaraq hədiyyə edib.Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO