5 yaşlı Əli mərhəmət sorağında...

5 yaşlı Əli mərhəmət sorağında...

Hazırda oxunan: 5 yaşlı Əli mərhəmət sorağında...

71620
Şəkildə gördüyünüz bu uşaq 5 yaşlı Kazımlı Əli Nail oğludur. Uşaq yaşlarından böyrəklərində yaranan problemdən əziyyət çəkən Əlini valideynləri uzun müddət müalicə etdirməklə yanaşı bir neçə dəfə əməliyyat da etdiriblər. Bir böyrəyi sıradan çıxsa da digər böyrəyi salamatdır. Lakin Əli tezliklə sonuncu əməliyyata girməsə digər böyrəyini, bir sözlə, həyatını itirə bilər. Valideynləri indiyədək olan-qalanlarının onun yolunda xərcləyiblər. Türkiyədə keçiriləcək bu dəfəki əməliyyat üçün həkimlər 8 min dollar pul istəyiblər. 
Əlinin valideynləri indi çıxılmaz vəziyyətdədirlər. Ya xeyirxah insanların köməyi sayəsində uşaqları yenidən həyata qayıdacaq, ya da ki...
Qərar sizindi, dama-dama göl olar... Verəcəyiniz bir manat da bu pulun toplanmasında bir savab, xeyirxah bir addımdır. 
Bir körpənin həyatını xilas etmək bir ananı, bir atanı gözü yaşlı qalmaqdan xilas etməkdir. Allahdan ümid kəsilməz, valideynlərin də son ümid yeri sizsiniz əziz oxucular...  

Əlaqə nömrələri 
055 961 24 28
050 516 46 49

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO