Azərbaycanda e.ə I minilliyə aid dəmir uşaq heykəli tapılıb

Azərbaycanda e.ə I minilliyə aid dəmir uşaq heykəli tapılıb

Hazırda oxunan: Azərbaycanda e.ə I minilliyə aid dəmir uşaq heykəli tapılıb

71108
Füzuli rayonunun Bala Bəhmənli kənd qəbiristanlığında antik dövrə aid dəmir uşaq heykəli tapılıb.

Füzuli Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Elçin Əsədov AzərTAc-a bildirib ki, hündürlüyü 10 santimetr, ağırlığı isə 400 qrama yaxın olan dəmir oğlan heykəli yerli sakinlər tərəfindən aşkarlanıb. Olduqca mükəmməl hazırlanmış heykəldə bədən əzələlərinin, barmaqların, saç və dodaqların, qaşların incəliklə işlənildiyi aydın seçilir.

Əvvəlcə Füzuli Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilən heykəl, araşdırılmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) göndərilib. AMEA-nın alimləri dəmir heykəlin eramızdan əvvəl I minilliyə aid olduğunu müəyyənləşdiriblər.







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO