Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər" - VİDEO

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər" - VİDEO

Hazırda oxunan: Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər" - VİDEO

641931

Məlum olmayan şəraitdə sərhədi keçərək Ermənistanın Şəki (Zəngəzur) kəndinə düşən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nəsimi Musayev dindirilmə zamanı heç kimə zərər vurmaq niyyətində olmadığını bildirib.

Bizim.Media xəbər verir ki, Ermənistanın "Joxovurd" qəzeti dindirilmənin bəzi təfərrüatlarını əldə edib.

Nəşr yazır ki, Nəsimi Musayev ifadəsində erməni ailəsinin evinə daxil olarkən kiməsə xəsarət yetirmək məqsədinin olmadığını vurğulayıb:

"Musayev dindirilmə zamanı bəyan edib ki, ev sahibəsindən onu buraxmasını dəfələrlə xahiş edib. Lakin qadın onun silahından yapışdığı üçün o, atəş açmaq məcburiyyətində qalıb. Bundan əlavə, Musayev yazılı ifadəsində qeyd edib ki, bu hadisədən sonra qadın və ailə üzvləri ona hücum edərək bıçaq zərbələri endirib və onu döyüblər."

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO