Yağışlı havada

Yağışlı havada "avtoş"luq edən sürücü SAXLANILDI

Hazırda oxunan: Yağışlı havada "avtoş"luq edən sürücü SAXLANILDI
641177
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Abşeronda avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsi “Qurtuluş 93” yaşayış kompleksi ərazisində qeydə alınıb.

22 yaşlı Tacəddin Cəfərov (şərti adla) özünə məxsus “Chevrolet Cruze” markalı avtomobillə hərəkətdə olarkən havanın yağışlı olmasından istifadə edərək, qəfil nəqliyyat vasitəsini sürətləndirib. Bu zaman təkərlər davamlı olaraq yer səthində sürtülərək səslər çıxarıb.

Faktla bağlı Tacəddin Cəfərov yol polisi əməkdaşları tərəfindən saxlanılaraq, barəsində müvafiq protokol tərtib olunub.

T. Cəfərov ifadəsində əməlindən peşman olduğunu bildirib. O, barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş edib. Onun vəkili isə Cəfərovun birinci dəfədir ki, inzibati xəta törətdiyini deyərək, bunun nəzərə alınmasını istəyib.

Məhkəmə qərarı ilə o, 1 il nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, 500 manat məbləğində inzibati qaydada cərimələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO