Quba-Xınalıq yolu niyə tez-tez sürüşür? – Səbəbi MƏLUM oldu

Quba-Xınalıq yolu niyə tez-tez sürüşür? – Səbəbi MƏLUM oldu

Hazırda oxunan: Quba-Xınalıq yolu niyə tez-tez sürüşür? – Səbəbi MƏLUM oldu

640511

Quba-Xınalıq yolu son vaxtlar Azərbaycanın “Nepalı”na çevrilib. Yolun müxtəlif hissələrində, xüsusilə 30-cu kilometrliyində tez-tez baş verən torpaq sürüşmələri narahatlıq doğurur.

Yolun 30-cu kilometrliyində gün ərzində bir neçə dəfə, bəzən isə uzun müddət davam edən sürüşmələr bu istiqamətdən istifadə edən sakinlərin, sürücülərin və turistlərin narazılığına səbəb olur.

Aprel ayından etibarən həmin ərazidə dəfələrlə torpaq sürüşməsi baş verib. Son günlər isə vəziyyət daha da kritikləşib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qubadakı 5 saylı Yol İstismar İdarəsinin əməkdaşları gecə-gündüz yolun açıq saxlanılmasına nəzarət etsələr də, ərazidə qəfil yeni sürüşmələr baş verir və yol yenidən bağlanır.

Mütəxəssislər sürüşmələrin əsas səbəbini Xınalıq yolunun da yerləşdiyi Böyük Qafqaz sıra dağlarında gedən tektonik proseslərlə əlaqələndirirlər.
 

Bu gün də yol yenidən bağlanıb. AAYDA-nın Nəqliyyat Departamentinin göndərdiyi ağır texnikanın köməyi ilə ərazidə yolun genişləndirilməsi işlərinə başlanılıb. Bu səbəbdən yol günün sonunadək müvəqqəti olaraq bağlanıb. Hazırda təmizləmə və genişləndirmə işləri davam etdirilir.


Bizim.Media-ya daxil olan məlumata görə, yolda təkrar sürüşmə baş verəcəyi təqdirdə, 39-cu kilometrdə iri qayaların xüsusi aqreqat vasitəsilə doğranılması işlərinin bu ərazidə də aparılması nəzərdə tutulur. Qayaların doğranılması yolun genişləndirilməsi məqsədilə həyata keçirilir.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO