Ceyhun Bayramov: Azərbaycanda mina qurbanlarının sayı 3 500 nəfəri ötüb

Ceyhun Bayramov: Azərbaycanda mina qurbanlarının sayı 3 500 nəfəri ötüb

Hazırda oxunan: Ceyhun Bayramov: Azərbaycanda mina qurbanlarının sayı 3 500 nəfəri ötüb

638813

Son 30 il ərzində mina qurbanlarının ümumi sayı 3 500 nəfəri ötüb.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində çıxışında deyib.

Nazir qeyd edib ki, Azərbaycan ərazilərinin minalar və digər partlayıcı qurğularla genişmiqyaslı çirkləndirilməsi ciddi mane olaraq qalmaqdadır:

"Bu, bərpa və qayıdış prosesini əhəmiyyətli dərəcədə çətinləşdirir. 2020-ci ildə ərazilərin işğaldan azad edilməsindən sonra qadın və uşaqlar da daxil olmaqla, 400-dən çox insan mina qurbanına çevrilib.
 

Bu problemin miqyasını nəzərə alaraq, Azərbaycan mina təmizləmə fəaliyyətini insan hüquqlarının təmin olunması üçün zəruri ilkin şərt hesab edir və humanitar mina təmizlənməsini özünün 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi rəsmən bəyan edib.


Eyni qaydada, münaqişə nəticəsində itkin düşmüş təxminən 4 000 azərbaycanlının taleyi və yerinin müəyyən edilməsinin zəruriliyi təkcə hesabatlılıq, qurbanların və onların ailələrinin hüquqları baxımından deyil, həm də münaqişədən sonrakı barışıq və normallaşma prizmasından mühüm əhəmiyyət daşıyır.

Getdikcə mürəkkəbləşən qlobal çağırışların qarşısında bizim kollektiv cavabımız inklüziv, ədalətli və universal olmalıdır.

Azərbaycanın özünün təcrübəsi məhz bu prinsipləri ehtiva edir. Bizim cəmiyyətimiz müxtəlif etnik, mədəni və dini icmaların əsrlər boyu davam edən dinc yanaşı yaşamasından qaynaqlanaraq, təbiətən multikultural və çoxkonfessiyalı cəmiyyətdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO