60 qəpikdən domino oynayanlar 3000 manat cərimələndi

60 qəpikdən domino oynayanlar 3000 manat cərimələndi

Hazırda oxunan: 60 qəpikdən domino oynayanlar 3000 manat cərimələndi
638162
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Goranboyda qumar oynayanlar saxlanılıb.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, hadisə Goranboy şəhərinin S. Civəzadə küçəsində yerləşən çay evində qeydə alınıb.
 

43 və 39 yaşlı şəxslərin həmin çay evində 60 qəpikdən domino (telefon) oynadıqları müəyyən olunub. Hadisə yerinə gələn polis əməkdaşları pul ilə domino oynayan həmin şəxsləri saxlayıb və barələrində müvafiq maddə üzrə protokol tərtib edib.


Çay evində saxlanılan şəxslərin oturduğu masada domino oyununda qumar kimi əldə olunan ümumilikdə 5 manat 70 qəpik, həmçinin 28 ədəd domino daşı aşkar olunaraq, götürülüb.

Saxlanılan şəxslər etdikləri əməldən peşman olduqlarını deyərək, barələrində yüngül cəza tədbiri seçilməsini istəyiblər.

Məhkəmənin qərarı ilə onların hər biri 3000 manat məbləğində cərimələniblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO