Şamaxıda insan alveri ilə mübarizə mövzusunda tədbir keçirilibxa0FOTO

Şamaxıda insan alveri ilə mübarizə mövzusunda tədbir keçirilibxa0FOTO

Hazırda oxunan: Şamaxıda insan alveri ilə mübarizə mövzusunda tədbir keçirilibxa0FOTO
638108
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin, Təhsil Nazirliyinin və İnsan Alverinə Qarşı Qeyri-Hökumət Təşkilatları Koalisiyasının birgə təşkilatçılığı ilə Şamaxıda “İnsan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda tədbir keçirilib.

“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində Şamaxı Peşə Liseyində keçirilən tədbirdə Şamaxı Peşə Liseyinin direktoru İsmayıl  Tarverdiyev, DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili pols polkovnik-leytenantı Emin Əsədov və İnsan Alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasının üzvüləri  “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova və Rəqəmsal İnkişaf İctimai Birliyinin sədri Könül Ağayeva və Liseyin müəllim və tələbələrə İnsan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə, insan alveri probleminin xüsusiyyətləri, insan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallar, uşaqların insan alverinə məruz qalması riskləri, insan alverinin bütün formalarının qarşısının alınması və bu cinayətin qurbanlarının reabilitasiyası istiqamətində görülən işlər, müəyyən edilmə üsulları, potensial qurbanlara ilkin yardım və xidmətlər, “152 Qaynar xətt” barədə ətraflı məlumat verilib.

Bundan sonra müəllim və yeniyetmə gənclərin mövzular ətrafında verilmiş çoxsaylı sualları cavablandırılıb. 

Sonda isə tədbir iştirakçıları Şamaxı Peşə Liseyinin tələbələri tərəfindən hazılanan əl işləri ilə tanış olublar.

 Whatsappla göndər

 Teleqramla göndər

 Facebookda paylaş

 Twitterdə paylaş

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO