“Bizim üçün məktəbin nəticəsi yox, təhsilin səviyyəsi önəmlidir”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında Bizim.Media-nın suallarını cavablandırarkən deyib.
Nazirin sözlərinə görə, məqsəd hər bir azərbaycanlı şagirdin gələcəkdə təmayül təhsil modeli vasitəsilə ali təhsil müəssisəsinə qəbul olmaq imkanının yaradılmasıdır:
“Gələcəkdə ali təhsil müəssisəsinə getmək istəyən şagird gəlib təmayül sinfində təhsil ala bilər. Amma kim istəyirsə repetitor yanına gedir, onda da bizim problemimiz yoxdur. Uşaqların adı məktəbdədir, amma özü repetitor yanındadır. Bu, səhvdir. Biz bunu həll etmək istəyirik. Təmayül siniflərinin əsas məqsədi şagirdlərin təhsil səviyyəsini yüksəltmək və onları ali təhsilə daha yaxşı hazırlamaqdır".
Fəridə, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:16 / 14.09.2026
“Adı məktəbdə, özü repetitor yanındadır” - Nazir
Hazırda oxunan: “Adı məktəbdə, özü repetitor yanındadır” - Nazir
Hazırda oxunan: “Adı məktəbdə, özü repetitor yanındadır” - Nazir
636576
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































