Anasının imtina etdiyi qolsuz doğulan körpə ilə bağlı RƏSMİ AÇIQLAMA

Anasının imtina etdiyi qolsuz doğulan körpə ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Anasının imtina etdiyi qolsuz doğulan körpə ilə bağlı RƏSMİ AÇIQLAMA

635859

Anasının imtina etdiyi qolsuz doğulan körpə Sosial Xidmətlər Agentliyinə təhvil verilib.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Sabunçu Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 27.06.2026-cı il tarixində saat 00:40 radələrində 1985-ci il təvəllüdlü hamilə təcili tibbi yardım briqadası tərəfindən Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

"Hamiləliyinin 36-cı həftəsində olan şəxsə doğuşun I dövrü, dölyanı mayenin vaxtından əvvəl axması diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Pasiyent üzərində qeysərriyyə əməliyyatı icra olunub və cinsi oğlan, boyu 47 sm., çəkisi 2 kq. 600 qr. olan uşaq çoxsaylı inkişaf qüsurları ilə dünyaya gəlib.

Zahı qadın sonrakı müşahidə və müalicə mərhələsi başa çatdıqdan sonra, 30.06.2026-cı il tarixində yazılı iltizamnamə yazaraq, övladından imtina edərək tibb müəssisəsini tərk edib.

Bununla bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Körpənin tibb müəssisəsində olduğu müddət ərzində ona zəruri tibbi xidmətlər göstərilib və müvafiq tibbi nəzarət təmin olunub. Azyaşlı 10.09.2026-cı il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndələrinə təhvil verilib".

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO