Bu teleaparıcıların nitqi qüsurlu çıxdı -  SİYAHI

Bu teleaparıcıların nitqi qüsurlu çıxdı - SİYAHI

Hazırda oxunan: Bu teleaparıcıların nitqi qüsurlu çıxdı - SİYAHI

62939
Xəbər verdiyimiz kimi, dünən Milli Televiziya və Radio Şurası (MTRŞ) 2014-cü ilin sentyabr-oktyabr aylarına olan hesabatın nəticələrini açıqlayıb.

Aparılan monitorinq nəticəsində “İTV”x9d, “Xəzər”x9d, “Lider”x9d, “Space”x9d, “ANS”x9d və “ATV”x9d televiziya kanallarının efirlərində dil normalarının pozulması faktı aşkarlanıb.

Monitorinqin nəticələrinə görə, ədəbi dil normasından sapmanı əks etdirən 532 nümunə tədqiqata cəlb olunub.

Bunlardan 91-i “Xəzər”x9d, 56-sı “İTV”x9d, 89-u “Space”x9d, 97-si “ANS”x9d, 90-ı “Lider”x9d, 85-i isə ATV-də müşahidə olunub.

Azərbaycan ədəbi dil normalarını ən çox pozan televiziya kanallarının aparıcıları isə aşağıdakı şəxslərdir:

İlqar Mikayıloğlu, Mətanət Əliverdiyeva, Turan (Samir) İbrahimov, Elvin Basqallı, Saleh Bağırov, Mikayıl Güləddinoğlu, Elgiz Əkbər, Zəminə Əliyeva, Natavan Babayeva, Samirə Mustafayeva, Vüsalə Nürəddinqızı, Türkay Verdiyeva, Gülnar Muxtarqızı, Qənirə Ataşova.(publika.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO