Binalarda enerji sərfinin hesablanması ilə bağlı YENİ QAYDALAR təsdiqləndi

Binalarda enerji sərfinin hesablanması ilə bağlı YENİ QAYDALAR təsdiqləndi

Hazırda oxunan: Binalarda enerji sərfinin hesablanması ilə bağlı YENİ QAYDALAR təsdiqləndi

629034

Binalarda enerji sərfinin hesablanması metodologiyası təsdiq edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.
 

Qərar tikinti norma və qaydalarına əsaslanan və binaların enerji sərfinə (istilik təchizatı, soyuqluq təchizatı, isti su, işıqlandırma, havalandırma) təsir edən bütün parametrlər nəzərə alınmaqla binada sərf edilən enerjinin hesablanması qaydasını və üsullarını müəyyən edir.


Binalarda enerji sərfinin müəyyən edilməsi zamanı bütün enerji daşıyıcıları üzrə enerji istehlakı eyni hesabat dövrü üçün qiymətləndirilir.

Əvvəlki dövr ərzində enerji daşıyıcıları üzrə uçot aparılmayıbsa, binanın enerji sərfinin müəyyən edilməsi mümkün hesab edilmir. Binanın enerji sərfinin müəyyən edilməsi dövrü tam illərlə ifadə olunur. Binanın enerji sərfinin müəyyən edilməsi dövrü tam illik deyilsə, illik enerji sərfi ekstrapolyasiya metodu ilə hesablanır.

Binanın enerji sərfinin müəyyən edilməsi dövrü beş ildən azdırsa, iqlim göstəricilərinə görə enerji istehlakında düzəliş edilir. Binalarda enerji sərfinin müəyyən edilməsi dövründə binada müəyyən dəyişikliklər edilmişdirsə, bu dəyişikliklər binanın enerji effektivliyinə 10 faizdən artıq təsir göstərirsə, əvvəl əldə olunmuş məlumatlar binanın enerji sərfinin müəyyən edilməsi üçün istifadə olunmur. Dəyişikliklər 10 faizə qədər təsir edirsə, bu halda əvvəlki məlumatlar müvafiq hesablamalarla əsaslandırılmış düzəlişlərlə istifadə edilir.

Elektrik enerjisi, qaz və istilik enerjisi təchizatçıları və ya bina mülkiyyətçisi tərəfindən təqdim olunan hesab-fakturalar, tələblər nəzərə alınmaqla, müvafiq enerji daşıyıcılarının faktiki istehlak həcminin hesablanması üçün əsas kimi istifadə oluna bilər.
 

Bir sayğac ilə ötürülmüş enerji daşıyıcısı bir neçə texniki bina sistemi və ya müxtəlif məqsədlər üçün istehlak olunarsa, bu enerji daşıyıcısı üzrə istehlak müvafiq sistemlər və məqsədlər üzrə mütənasib olaraq bölüşdürülür.


Binalarda enerji sərfinin müəyyən edilməsi dövrünün əvvəlində və sonunda maye yanacaq çənindəki səviyyə kalibrlənmiş miqyas vasitəsilə ölçülür. Bu dövrdə maye yanacaq sərfiyyatı dövrün əvvəlində çəndə olan yanacaq miqdarından dövrün sonunda qalan miqdarın çıxılması və həmin dövrdə alınmış yanacağın bu fərqə əlavə edilməsi yolu ilə müəyyən olunur.

Binada qaz istehlakı sıxılmış (mayeləşdirilmiş) qaz balonları ilə təmin edilərsə, bu zaman binanın enerji sərfinin müəyyən edilməsi dövründə qaz sərfi sıxılmış qaz balonlarının sayı üzrə hesablanır.

İstilik enerjisi və isti su təchizatı üçün istifadə olunan qazan qurğusu sabit gücdə işləyirsə və sayğacla təchiz olunubsa, istehlak olunan yanacağın miqdarı binalarda enerji sərfinin müəyyən edilməsi dövrünün əvvəlində və sonunda oxunan göstəricilər arasındakı fərq ilə cihazın axın sürətinin (litr/saat, m3/saat, kq/saat) hasilinə bərabərdir. Cihazın axın sürəti ilk oxunuşdan əvvəl və hər tənzimləmə vaxtı və ya təmizləmədən sonra ölçülür.

Qeyd edək ki, binanın illik enerji sərfinin hesablanması və enerji effektivliyi sinfinin müəyyən edilməsi zamanı aşağıdakı sistemlər nəzərə alınır:

- istilik təchizatı;

- soyuqluq təchizatı;

- isti su təchizatı;

- işıqlandırma sistemləri;

- təbii və mexaniki havalandırma sistemləri.
 

Binada quraşdırılmış və binanın funksional ehtiyaclarını təmin edən digər enerji istehlak edən sistemlər enerji sərfinin hesablanması zamanı nəzərə alınır, lakin binanın enerji effektivliyi sinfinin müəyyən edilməsi zamanı nəzərə alınmır.


Bərpa olunan enerji mənbələrindən alınan enerji resursları istisna olmaqla, digər enerji mənbələrindən istifadə zamanı istixana qazlarının ətraf mühitə olan emissiyaları bu metodologiyaya uyğun hesablanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO