150 balla qəbulu mümkün olan ixtisasların sayı artırıldı – SİYAHI

150 balla qəbulu mümkün olan ixtisasların sayı artırıldı – SİYAHI

Hazırda oxunan: 150 balla qəbulu mümkün olan ixtisasların sayı artırıldı – SİYAHI

628586

Bu ildən etibarən I qrupda bəzi ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılacaq.

Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

Sədr həmin ixtisasların siyahısını təqdim edib:

"Onlara Kompüter mühəndisliyi (Rİ) İnformasiya texnologiyaları, Qida mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi (RK), Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi (RK), Mexanika mühəndisliyi, Radiotexnika və telekommunikasiya mühəndisliyidir".

Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO