Ağdam rayonunun Sarıcalı kəndi ərazisində baş verən yanğın hələ də davam edir.
Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, keçmiş təmas xəttində yerləşən minalanmış ərazidə başlayan yanğın zamanı vaxtaşırı partlayış səsləri eşidilir.
Yanğının təsiri nəticəsində ərazidə qalmış partlamamış döyüş sursatlarının partladığı ehtimal olunur.
Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Yanğının yaşayış məntəqələrinə və əkinə yararlı sahələrə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bizim.Media





































































































