Bakıdan Texasadək: 10 yaşlı azərbaycanlı üzgüçü bu yolu necə keçir? – FOTO

Bakıdan Texasadək: 10 yaşlı azərbaycanlı üzgüçü bu yolu necə keçir? – FOTO

Hazırda oxunan: Bakıdan Texasadək: 10 yaşlı azərbaycanlı üzgüçü bu yolu necə keçir? – FOTO

626810

Müasir idmanda istedad yalnız başlanğıc nöqtəsidir. Gələcək inkişaf sistemli hazırlıqdan, peşəkar müşayiətdən və idmançının öz təməlini qoruyub saxlayaraq ən yaxşılardan öyrənmək bacarığından asılıdır. 10 yaşlı azərbaycanlı üzgüçü Rauf Həsəayevin yolu da məhz bu prinsip üzərində qurulub; o, bu yay dünya üzgüçülüyünün nüfuzlu mütəxəssislərindən biri, Maykl Felpsesinin uzunmüddətli məşqçisi Bob Boumanın rəhbərliyi altında beynəlxalq məşq düşərgəsində iştirak edib.

Bizim.Media xəbər verir ki, Bouman bu gün ABŞ-ın ən güclü universitet proqramlarından biri hesab edilən və müntəzəm olaraq dünya səviyyəli idmançılar yetişdirən "University of Texas at Austin" komandasına rəhbərlik edir. Rauf üçün bu proqramda iştirak idman inkişafının vacib mərhələsi olub. Lakin ABŞ-a səfər illərdir aparılan daha miqyaslı işin yalnız bir hissəsidir.

Beynəlxalq səviyyəyə çıxan hər bir gənc idmançının arxasında onun inkişafını müəyyən edən qərarlar qəbul edən şəxs dayanır. Rauf üçün belə bir insan onun ilk və hazırkı məşqçisi Ruslan Qatamxanovdur.

Hazırda Rauf Ruslan Qatamxanovun baş məşqçisi olduğu "Aquanetix Performance Lab" klubunu təmsil edir. Klubda hazırlıq idmançının uzunmüddətli inkişafına əsaslanır, texnika və fiziki hazırlıqla yanaşı intizama və psixoloji dayanıqlılığa böyük diqqət yetirilir.

Son illərdə Rauf dünya üzgüçülüyünün müxtəlif məktəbləri ilə tanış olub:

Birləşmiş Krallığın Dubaydakı "Hamilton Aquatics" klubunda Olimpiya oyunlarının mükafatçısı Den Uollesin rəhbərliyi altında məşq edib.

İspaniyanın "Tenerife Top Training" mərkəzində isə isveçli mütəxəssis Qlen Kristiansenin beynəlxalq proqramına qoşulub.

Həmçinin Adam Piti, Ceyms Qay, Kayl Çalmers kimi Olimpiya çempionlarının iştirak etdiyi beynəlxalq ustad dərslərində təcrübə qazanıb.
 

2026-cı ilin yayında Rauf Həsəayev "University of Texas at Austin" bazasında Bob Boumanın rəhbərliyi ilə keçirilən beynəlxalq düşərgəyə qatılıb. Proqram çərçivəsində o, ABŞ milli komandasının aparıcı üzvləri — Karson Foster, Erin Gemmell, Luk Hobson və üçqat Olimpiya çempionu Coş Deyvis ilə ünsiyyət qurmaq və təcrübə mübadiləsi aparmaq imkanı əldə edib. Bob Bouman şəxsən azərbaycanlı gənc idmançını salamlayaraq, minlərlə kilometr məsafə qət edərək öyrənməyə hazır olan uşaqları görməkdən məmnun olduğunu bildirib.


Zəngin beynəlxalq proqrama baxmayaraq, Raufun hazırlıq fəlsəfəsi dəyişməz olaraq qalır. ABŞ-dan qayıtdıqdan sonra o, məşqlərini yenidən "Aquanetix Performance Lab"da davam etdirib. Beynəlxalq səfərlər zamanı əldə olunan yeni biliklər və elementlər idmançının yaşına uyğunlaşdırılaraq gündəlik sistemə inteqrasiya olunur. Ailəsinin sözlərinə görə, bu yolda ən əsas insan onun həm məşqçisi, həm də mentoru olan Ruslan Qatamxanovdur.

Rauf Həsəayevin hekayəsi göstərir ki, müasir gənc idmançının uğurlu yolu tək bir səfərdən deyil; güclü təməldən, beynəlxalq təcrübəyə açıq olmaqdan, məşqçi ilə qarşılıqlı etimaddan və gündəlik əməkdөн ibarətdir.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO