Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.
Qərara əsasən, İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən, işğaldan azad edilmiş ərazilərdə yerləşən sənaye parklarının rezidenti olan hüquqi şəxslər tərəfindən sənaye parklarında istehsal məqsədilə xammal kimi idxal istisna olmaqla, idxal edilən dəmirdən və ya aşqarlanmamış poladdan çubuqların 1 tonu üçün 150 manat gömrük yığımı alınacaq.
Armaturlaşdırılmamış şüşələrin 1 tonu üçün isə 100 manat gömrük yığımı müəyyənləşdirilib.
Qərar 31 dekabr 2026-cı ilə qədər qüvvədədir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:07 / 20.07.2026
Dəmir, polad və şüşə idxalına yeni gömrük rüsumları tətbiq olunacaq - ƏMR
Hazırda oxunan: Dəmir, polad və şüşə idxalına yeni gömrük rüsumları tətbiq olunacaq - ƏMR
Hazırda oxunan: Dəmir, polad və şüşə idxalına yeni gömrük rüsumları tətbiq olunacaq - ƏMR
626439
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































