Daha bir ərazidə heyvan satışı bazarı fəaliyyətini bərpa etdi - FOTO

Daha bir ərazidə heyvan satışı bazarı fəaliyyətini bərpa etdi - FOTO

Hazırda oxunan: Daha bir ərazidə heyvan satışı bazarı fəaliyyətini bərpa etdi - FOTO
626370
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xaçmaz rayonunda yerləşən heyvan satışı bazarı fəaliyyətini bərpa edib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən, biotəhlükəsizlik tələbləri təmin olunaraq bazar yenidən qurulub.

Bizim.Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bazar baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun infrastrukturla təmin olunub.

Obyektdə baytarlıq nəzarətinin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb, kliniki baxış platforması, dezbaryerlər, izolyatorlar, heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar quraşdırılıb.
 

Eyni zamanda, heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr təşkil edilib, su və yem təchizatı, işıqlandırma və tullantıların idarə olunması sistemləri tam şəkildə qurulub.


Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı, Ağsu rayonlarında və Bakının Binə qəsəbəsində yerləşən heyvan bazarları fəaliyyətə başlayıb. Xaçmazda heyvan bazarının açılması ilə ölkə üzrə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 15-ə çatıb.

Qeyd edək ki, heyvan bazarları AQTA Kollegiyasının qərarı ilə təsdiq edilmiş norma və qaydalara uyğun şəkildə yenidən qurulmalıdır.

Yenidən qurulan bazarlar yalnız Agentliyin müvafiq komissiyasının yekun qiymətləndirilməsindən sonra fəaliyyətə başlaya bilər.

Daha bir ərazidə heyvan satışı bazarı fəaliyyətini bərpa etdi - FOTO - foto 1
Daha bir ərazidə heyvan satışı bazarı fəaliyyətini bərpa etdi - FOTO - foto 2
Daha bir ərazidə heyvan satışı bazarı fəaliyyətini bərpa etdi - FOTO - foto 3
Daha bir ərazidə heyvan satışı bazarı fəaliyyətini bərpa etdi - FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO