Bəzi şəxslər üçün baş mühasib olma qaydası asanlaşdırıldı

Bəzi şəxslər üçün baş mühasib olma qaydası asanlaşdırıldı

Hazırda oxunan: Bəzi şəxslər üçün baş mühasib olma qaydası asanlaşdırıldı
625925
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları"nda dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, ictimai sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə I və ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd aşağıdakı sertifikatlardan hər hansı birinə malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir:

İctimai sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CIPFA - Chartered Institute of Public Finance & Accountancy) ictimai sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə sertifikatı;

İmtiyazlı və Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının (ACCA - Association of Chartered Certified Accountants) ictimai sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə sertifikat.

I səviyyə peşəkar mühasib sertifikatı əldə etmiş peşəkar mühasiblər işçilərinin ümumi sayı 100 nəfərdən çox olmayan büdcə təşkilatlarında, habelə işçilərin sayından asılı olmayaraq mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrində və strukturuna daxil olmayan tabeliyindəki büdcə təşkilatlarında və yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarında baş mühasib vəzifəsini tuta bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO